...

“Xocalı” gil yatağı satışa çıxarıldı

İqtisadiyyat Materials 2 Yanvar 2025 14:10 (UTC +04:00)
“Xocalı” gil yatağı satışa çıxarıldı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Xocalı rayonunda yerləşən “Xocalı” gil yatağı satışa çıxarılır.

Bu barədə Trend İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən məlumat əldə edib.

Belə ki, 6 hektar ərazini əhatə edən və 100 000 kub metr həcmində olan yatağın istismar müddəti 5 il nəzərdə tutulub.

Hərracın başlanğıc qiyməti 10 000 manat, 10% beh məbləği isə 1000 manat təşkil edir.

Məlumata görə, hərrac 19 fevral 2025-ci il tarixində saat 11:00-da auksion formasında keçiriləcək.

Hərracda iştirak haqqı 540 manat müəyyənləşdirilib.

Hərracın keçiriləcəyi ünvan: Əmlak Xidmətləri Məkanı, Xəlil Rza Ulutürk 20 Bakı, Azərbaycan, 1029.

N

Yatağın adı

LOT

Həcmi

Sahəsi

Faydalı qazıntının növü

İstismar müddəti

Yatağın koordinatı

Başlanğıc

qiyməti (manatla)

Beh məbləği

(10%)

(manatla)

İştirak haqqı (manatla)

1.

Xocalı

LOT-1

100 000 m3

6.0 ha

Gil

Beş il

650172,77

4419129,28

10 000

1000

540

Məqalədə:
Xəbər lenti

Xəbər lenti