...

Qazaxıstanda ikinci və üçüncü AES tikilə bilər

Dünya xəbərləri Materials 3 Yanvar 2025 14:46 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Atom Elektrik Stansiyasının (AES) tikintisi üzrə konsorsiumun baş operatoru Qazaxıstan tərəfi olacaq.

Trend xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev AES-in tikintisi üzrə konsorsiumda hansı şirkətlərə üstünlük veriləcəyi barədə suala cavab verərkən bildirib.

Onun sözlərinə görə, bu məsələ Rusiya Prezidenti Vladimir Putinin Astanaya səfəri zamanı müzakirə olunub.

"Söhbət xaricdə atom stansiyalarının tikintisi üzrə yüksək səriştəyə və zəngin təcrübəyə malik "Rosatom" şirkətinin mümkün iştirakından gedirdi. Həmçinin, mülki təyinatlı nüvə obyektlərinin tikintisində Çinin böyük uğurlarını nəzərə alaraq, Çin şirkəti ilə də danışıqlar aparılır. Qərb şirkətləri daxil olmaqla digər xarici korporasiyaların da marağı var", - deyə Tokayev "Ana tili" qəzetinə müsahibəsində vurğulayıb.

Dövlət başçısı əlavə edib ki, cari ildə müsabiqə prosedurları keçiriləcək, bundan sonra hökumət yekun qərar qəbul edəcək.

"Əminəm ki, Qazaxıstana böyük güclü atom stansiyası lazımdır. Bundan əlavə, yaxın gələcəkdə ikinci, hətta üçüncü atom elektrik stansiyasının tikintisinə başlamağımızı istisna etmirəm. Nüvə sənayesi enerji çatışmazlığı ilə üzləşən iqtisadiyyatımızın inkişafına güclü təkan verəcək. Hesab edirəm ki, Qazaxıstan inkişaf etmiş nüvə energetikasına malik ölkəyə çevrilməlidir. Onun böyük gələcəyi var", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti