...

Monteneqroda 10 nəfərin qətlində şübhəli bilinən şəxs intihar edib (ƏLAVƏ EDİLİB)

Dünya xəbərləri Materials 2 Yanvar 2025 04:37 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Monteneqroda 10 nəfəri qətlə yetirməkdə və 4 nəfəri yaralamaqda şübhəli bilinən şəxs öz həyatına son qoyub.

Trend xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Danilo Şaranoviç mətbuat konfransında məlumat verib.

“Polis əməliyyatı uğurla həyata keçirilib. Şübhəli şəxs hüquq-mühafizə orqanlarının operativ tədbirləri nəticəsində təcrid edilib. Çıxılmaz vəziyyətdə olduğunu anlayan şəxs özünə qəsd etməyə cəhd göstərib,” – deyə nazir bildirib.

Nazirin sözlərinə görə, şübhəli şəxs xəstəxanaya aparılarkən aldığı xəsarətlərdən yolda keçinib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

xxx

22:59

Monteneqronun Çetinye şəhərində kafedə baş verən silahlı hücum nəticəsində azı 7 nəfər, o cümlədən iki azyaşlı həlak olub.

Trend xəbər verir ki, bu barədə RTCG məlumat yayıb.

Məlumata əsasən, bir nəfər yaralanıb, silahlı şəxs isə hadisə yerindən qaçıb.

Lokal polis idarəsinin məlumatına görə, 45 yaşlı şəxs odlu silahdan istifadə edərək bir neçə nəfəri öldürüb və kafeni silahlı şəkildə tərk edərək qaçıb.

Xəbər lenti

Xəbər lenti