...

Azərbaycan XİN Nyu Orleanda baş verən faciəli hadisəni pisləyib

Siyasət Materials 2 Yanvar 2025 18:55 (UTC +04:00)
Azərbaycan XİN Nyu Orleanda baş verən faciəli hadisəni pisləyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-nin Yeni Orlean şəhərində onlarla insanın ölümü və yaralanması ilə nəticələnən hücumu pisləyib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN "X" sosial şəbəkəsində yazıb.

"ABŞ-ın Yeni Orlean şəhərində onlarla insanın ölümünə və yaralanmasına səbəb olan kütləyə avtomobillə hücumunu şiddətlə qınayırıq. Düşüncələrimiz və dualarımız qurbanlar, onların ailələri və yaxınları ilədir", - deyə qeyd olunub.

Xatırladaq ki, hadisə yanvarın 1-də Nyu Orleanda baş verib. İlkin məlumatlara görə, toqquşma nəticəsində azı 10 nəfər ölüb, 35-dən çox insan yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti