...

Kanadalıların Castin Trüdoya etibar səviyyəsi 17,4%-ə enib

Dünya xəbərləri Materials 4 Yanvar 2025 22:27 (UTC +04:00)
Kanadalıların Castin Trüdoya etibar səviyyəsi 17,4%-ə enib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Kanada Baş naziri Castin Trüdoya olan etibar 17,4%-ə enib, onun rəhbərlik etdiyi Kanada Liberal Partiyasına isə 21,3%-i etibar edir.

Trend xəbər verir ki, bu barədə Nanos Research tədqiqat şirkətinin rəhbəri Nik Nanos CTV telekanalında məlumat verib.

Nanos, dekabr ayında aparılan sosioloji ölçmələr nəticəsində Trüdonun etibarının 20%-ə, müxalifət lideri Poilievre-nin isə 34,6%-ə çatdığını açıqlayıb. O, bu göstəricilərdəki böyük dəyişiklikləri Kanada Liberal Partiyası daxilində baş verən son hadisələrlə əlaqələndirərək, "Deyəsən, hazırda Liberal düşərgədə heç kim Trüdoya səs vermək istəmir" ifadəsini işlədib.

Xəbər lenti

Xəbər lenti