Bakı. Trend:
Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə keçirilən etiraz aksiyalarında iştirak edən 25 nəfərin ölkədən deportasiya edildiyini açıqlayıb.
Trend-in məlumatına görə, deportasiya edilən şəxslər noyabr və dekabr aylarında keçirilən aksiyalarda iştirak etdikləri üçün ölkədən çıxarılıb. Onların inzibati qaydada cəzalandırıldığı da bildirilir.
Nazirlik əlavə edib ki, son iki ay ərzində ümumilikdə 91 əcnəbi, o cümlədən Rusiya vətəndaşları ölkədən çıxarılıb.
Deportasiya qərarları ilə bağlı araşdırmalar davam edir.