Bakı: Trend
Bu gün Yer Günəşə ən yaxın məsafəyə qədər yaxınlaşacaq və bunun hesabına insanlar 2025-ci ildə ən iri günəş diskini müşahidə edə biləcək.
Trend-in məlumatına görə, bu barədə Moskva planetariumunun saytında məlumat yayılıb.
“Yanvarın 4-də Yer perihelidə Günəşdən ən yaxın məsafədədir, bu bizim 2025-ci ildə Günəşin ən böyük diskini müşahidə etməyimizə imkan verəcək”,- məlumatda deyilir.
Həmçinin qeyd olunur ki, yanvarın 16-da Mars qarşıdurması adlanan kosmik hadisə baş verəcək. Həmin gündə insanlar “qırmızı planeti” ən yaxın məsafədən görə biləcək.