Bakı. Trend:
Balakəndə ev yanıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Balakən rayonunun Hənifə kəndində ümumi sahəsi 40 m² olan birmərtəbəli bir otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.