...

Belqradda ilin əvvəlindən ictimai nəqliyyat ödənişsizdir

Dünya xəbərləri Materials 4 Yanvar 2025 19:57 (UTC +04:00)
Belqradda ilin əvvəlindən ictimai nəqliyyat ödənişsizdir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il yanvarın 1-dən etibarən Serbiyanın paytaxtı Belqrad bütün sakinlər üçün ictimai nəqliyyatı ödənişsiz edib.

Trend xəbər verir ki, təxminən 1,7 milyon əhalisi olan Belqrad, Avropada 500 mindən çox əhalisi olan və ictimai nəqliyyat xidmətlərinin hamı üçün ödənişsiz olduğu ilk şəhərdir.

Belqrad meri Aleksandar Şapiç, şəhərin ictimai nəqliyyat sistemində davamlı islahatların həyata keçirildiyini və qarşıdakı üç il ərzində avtobus parkının tamamilə yenilənəcəyini bəyan edib.

Qeyd edək ki, Belqrad şəhər administrasiyası ictimai nəqliyyatın subsidiyalaşdırılması üçün hər il 250 milyon avro ayırır.

Xəbər lenti

Xəbər lenti