Bakı. Trend:
ABŞ Dövlət Departamenti qeyri-rəsmi olaraq Konqresə İsrailə 8 milyard dollarlıq silah satışı ilə bağlı məlumat verib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
“Nümayəndələr Palatasının və Senatın Xarici Əlaqələr Komitələri tərəfindən təsdiq edilməli olan silah satışına qırıcı təyyarələr üçün havadan gələn təhdidlərdən qorunmağa görə AIM-120C-8 AMRAAM hava raketləri daxildir”, - məlumatda qeyd olunub.
Qeyd edilir ki, paketə artilleriya mərmiləri və Hellfire AGM-114 raketləri, həmçinin kiçik diametrli bombalar, JDAM dəstləri və qoruyucular daxil ola bilər.