Bakı. Trend:
Yaponiyada dünyanın ən qoca sakini sayılan Tomiko İtooka 116 yaşında vəfat edib.
Trend xəbər verir ki, bu barədə “Kyodo” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, dekabrın 29-da dünyasını dəyişən Tomiko “dünyanın ən qoca sakini” statusu 2024-cü ilin sentyabr ayında İspaniyada 117 yaşlı Mariya Branyas Moreranın vəfatından sonra verilmişdi.
Tomiko 23 may 1908-ci ildə Osaka şəhərində anadan olub və son illərini qocalar evində keçirib.
Qeyd edək ki, uzunömürlülük baxımından mütləq rekord fransız Janna Kalmana məxsusdur. Onun 122 il 164 gün ömür sürdüyü deyilir.