Bakı. Trend:
2025-ci il yanvarın 1-dən etibarən Gürcüstanda nazirliklərin sayı artırılaraq 13-ə çatdırılıb.
Trend xəbər verir ki, əvvəllər Mədəniyyət Nazirliyinin tərkibində olan İdman Nazirliyi müstəqil struktur olaraq fəaliyyətə başlayıb. Bu barədə “Novosti-Georgia” məlumat yayıb.
“Hökumət strukturu haqqında” qanunda edilən dəyişikliklərə əsasən, yeni yaradılmış departamentlər öz funksiyalarını yenidən nəzərdən keçirərək optimallaşdırma işlərini həyata keçirəcək.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze restrukturizasiya prosesini 2024-cü il oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi elan edib.