...

Metapnevmovirus üçün risk qrupları müəyyən edildi

Dünya xəbərləri Materials 6 Yanvar 2025 06:54 (UTC +04:00)

Bakı. Trend:

Beş yaşa qədər uşaqlar, 65 yaşdan yuxarı yaşlı insanlar və immun çatışmazlığı olan insanlar metapnevmovirus infeksiyasını ağır keçirə bilərlər. Buna görə də, onlar risk altındadır.

Trend xəbər verir ki, bunu Rusiyanın Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş ştatdankənar mütəxəssisi, professor Vladimir Çulanov deyib.

Mütəxəssisin sözlərinə görə, metapnevmovirus bir çox digər kəskin respirator virus infeksiyaları kimi özünü göstərir. Onun simptomları öskürək, burun tutulması, burun axması, hərarətin yüksəlməsi, nəfəs darlığı, səsin boğulmasıdır.

Xəbər lenti

Xəbər lenti