Bakı. Trend:
Milli Hidrometeorologiya Xidmətinin yanvarın 5-i saat 17:30-a olan məlumatına əsasən bəzi yerlərdə şimal-qərb küləyi arabir güclənib. Küləyin sürəti narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dir.
Xidmətdən Trend-ə verilən məlumata görə, Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 2.5 metrə çatıb.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 8, Aran rayonlarında 16, Naxçıvan MR-da və dağlıq rayonlarda 8 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə 4 dərəcəyədək şaxta qeydə alınıb