Bakı. Trend:
Səudiyyə Ərəbistanı klublarının transfer siyahısında yer alan Mohamed Salahla İtaliya A Seriyasının nəhəngi "Yuventus" da maraqlanır.
Trend xəbər verir ki, Turin klubu misirli ulduz hücumçunu heyətinə qatmaq üçün mübarizəyə başlayıb.
Salahın "Liverpul"la müqaviləni yeniləməməsi və ya yay transfer pəncərəsində azad agent olaraq komandanı tərk etməsi halında, "Yuventus" onun transferini reallaşdırmaq üçün bütün imkanlarını səfərbər edəcək.