Bakı. Trend:
ABŞ və İsrailin İrana qarşı əməliyyatı səbəbindən qlobal neft qiymətlərinin artması baxımından aprel ayı mart ayına nisbətən daha çətin bir ay olacaq.
Trend-in məlumatına görə, bu barədə Dünya Bankının prezidenti Adjay Banqa deyib.
"Yaxın Şərqdəki vəziyyətlə bağlı fikrim belədir: birincisi, inanıram ki, aprel ayı insanların indi düşündüyündən daha çətin bir ay olacaq, çünki mart ayında dənizdə olan bütün neft artıq çatmalı olduğu yerlərə çatıb və mart ayında bu [Hörmüz boğazından] başqa heç nə keçməyib", - deyə A.Banqa bildirib.