Bakı. Trend:
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Miryana Spolyariç Eqqer Suriyanın paytaxtı Dəməşqə səfər edib.
Trend-in Suriyanın rəsmi Sana agentliyinə istinadən verdiyi məlumata görə, səfər çərçivəsində xanım Spolyariç Eqqer Suriya keçid hökumətinin baş naziri Məhəmməd əl-Bəşirlə görüş keçirib.
Səfərin ətraflı təfərrüatları açıqlanmasa da, görüşün humanitar məsələlər və bölgədəki vəziyyətin müzakirəsinə həsr olunduğu ehtimal edilir.