Bakı. Trend:
Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd Şaybani ABŞ-yi Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb.
Trend-in məlumatına görə, bu barədə "EFE" agentliyi xəbər verib.
"Biz bir daha ABŞ-yə Suriyadan iqtisadi sanksiyaları götürülməsi ilə bağlı müraciət edirik", - deyə Qətərdə səfərdə olan nazir bildirib.
Ə.Şaybani ilə yanaşı, Suriyanın müdafiə naziri Marhaf Abu Kasra və Suriya kəşfiyyatının rəhbəri Ənəs Xətab Qətərə gəlib.
Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələrini Qətərin baş naziri və diplomatiya rəhbəri Məhəmməd bin Əbdürrəhman Əl Tani qəbul edib. Görüş zamanı ikitərəfli əməkdaşlıq məsələləri, eləcə də Suriyaya humanitar yardımın çatdırılması problemləri müzakirə olunub.