...

Fransa terror təhlükəsi ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirir

Dünya xəbərləri Materials 6 Yanvar 2025 23:08 (UTC +04:00)
Fransa terror təhlükəsi ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın daxili işlər və xarici ərazilər naziri Bruno Retaillo ölkədə terror hücumları təhlükəsi səbəbindən təhlükəsizlik tədbirlərinin artırılması ilə bağlı polis prefektlərinə göstəriş verib.

Trend xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

“Terror təhlükəsinin səviyyəsi artdığına görə, kütləvi mədəniyyət, idman və ya əyləncə tədbirləri zamanı sayıqlığın maksimum dərəcədə artırılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tapşırıram,” – deyə nazir bildirib.

Retaillo, hüquq-mühafizə orqanlarının kütləvi tədbirlərdə iştirak edənlərin yoxlanılması üzrə hazırlığının artırılmasına xüsusi diqqət yetirilməsini və terror aktlarının qarşısını almaq üçün avtomobillərdən istifadə ilə bağlı təhlükələrin minimallaşdırılması üçün əlavə tədbirlər görülməsini vurğulayıb.

Nazir həmçinin Almaniya və ABŞ-da baş verən son terror aktlarının vəziyyətin nə qədər ciddi olduğunu göstərdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti