Bakı. Trend:
Castin Trüdo Kanadanın baş naziri postundan istefa vermək niyyətindədir.
Trend xəbər verir ki, Trüdo Liberal Partiyasının lideri vəzifəsindən istefa verdiyini bəyan edib.
O qeyd edib ki, partiyaya yeni lider seçildikdən sonra baş nazir vəzifəsindən də istefaya gedəcək.
Trüdo əlavə edib ki, Kanada parlamentinin fəaliyyəti martın 24-dək dayandırılacaq. Bu müddət ərzində partiyaya yeni lider seçilməlidir.