...

Azərbaycan-İran sərhədində daha bir zəlzələ qeydə alınıb (ƏLAVƏ EDİLİB)

Hadisə Materials 7 Yanvar 2025 05:09 (UTC +04:00)
Azərbaycan-İran sərhədində daha bir zəlzələ qeydə alınıb (ƏLAVƏ EDİLİB)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan-İran sərhədində ardıcıl zəlzələlər qeydə alınıb.

Trend-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, Azərbaycan-İran sərhədində, İran ərazisində iki zəlzələ baş verib.

Sonuncu zəlzələ yanvarın 7-də saat 03:53-də qeydə alınıb. Yardımlı seysmoloji stansiyasından 16 km şimalda baş verən zəlzələnin maqnitudası 3,6, dərinliyi isə 25 kilometr olub. Təbii fəlakət Yardımlı və Cəlilabad rayonlarında 3 baldan artıq hiss olunub.

Bundan öncə, yanvarın 6-da saat 23:22-də eyni ərazidə 3,6 maqnitudalı başqa bir zəlzələ qeydə alınmışdı.

Hadisələr ərazidə zəlzələ aktivliyinin artmasına işarə edir.

xxx

00:04

Azərbaycan-İran sərhədində 3,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələ Yardımlı stansiyasından 17 km şimalda, Azərbaycan-İran sərhədində, İran ərazisində yerli vaxtla saat 23:22-də baş verib.

Zəlzələnin ocağı 22 kilometr dərinlikdə yerləşib və hiss olunub.

Xəbər lenti

Xəbər lenti