...

İran və Rusiya arasında hərtərəfli saziş bu sahələri əhatə edəcək

Dünya xəbərləri Materials 6 Yanvar 2025 17:52 (UTC +04:00)
İran və Rusiya arasında hərtərəfli saziş bu sahələri əhatə edəcək
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran və Rusiya arasında hərtərəfli strateji saziş bir çox sahələri, o cümlədən, iqtisadiyyat, ticarət, enerji, ətraf mühit, müdafiə və təhlükəsizlik sahələrini ehtiva edəcək.

Trend-in məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Esmail Bəqai bu gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sözügedən saziş yayın əvvəllərində iki dövlət tərəfindən təsdiqlənib və iki ölkə prezidentləri tərəfindən imzalanması üçün münasib vaxtın çatması gözlənilirdi.

Bəqai bildirib ki, İran və Rusiya ötən 30 il ərzində müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdiriblər.

“Tələblər və münasibətlər səviyyəsini nəzərə alaraq əvvəlki sənədin yenilənməsi zəruri idi. Bu sənəd İran və Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə istiqamətlənib”, - deyə o qeyd edib.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkianın 17 yanvarda Rusiyaya səfər edəcəyi və bir sıra önəmli sənədlər imzalayacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti