Bakı. Trend:
Livan ordusunun bölmələri Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) sülhməramlıları ilə birlikdə İsraillə sərhəddə yerləşən An-Nakura kəndinə daxil olub.
Trend xəbər verir ki, Livan və UNIFIL qüvvələri şəhərin qərb girişində və Vadi Hamul ərazisindən gələn magistral yolda postlar qurublar.
Bundan əvvəl, UNIFIL-in qərargahında Livan-İsrail sərhədində atəşkəs monitorinqi komitəsinin iclası keçirilib. İclasda ABŞ Prezidentinin köməkçisinin müavini Eymos Hokstin vasitəçi olaraq iştirak edib.