Bakı. Trend:
2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,9 faiz azalaraq, 17 milyard 920 milyon 376 dollara bərabər olub.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Keçən ilin dekabr ayında Türkiyə 1 milyard 262 milyon 830 dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 12,9 faiz azalıb” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 17 milyard 920 milyon 376 dollar məbləğində hazır geyim məhsulları ixrac edib.