Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankında (AMB) bəzi struktur dəyişiklikləri həyata keçirilib.
Trend bu barədə AMB-dən məlumat əldə edib.
Belə ki, qurumun Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti ləğv edilərək iki yeni departament - Bankların fəaliyyətinə nəzarət departamenti və Bank olmayan kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti yaradılıb. Onlardan birincisinə direktor Samir Rzayev, ikincisinə isə direktor Xəyyam İsmayılov təyin edilib.
Məlumata görə, Maliyyə monitorinqi departamentinin direktoru vəzifəsinə Abdullayev Orxan Adil oğlu təyin edilib. Buna qədər isə bu vəzifəni Samir Rzayev icra edirdi.