...

Türkiyənin kimyəvi məhsul ixracı artıb

Dünya xəbərləri Materials 6 Yanvar 2025 14:20 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-dekabr aylarında Türkiyənin kimyəvi məhsul ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq, 30 milyard 785 milyon 242 min dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Keçən ilin dekabr ayında Türkiyə 2 milyard 658 milyon 128 min dollar məbləğində kimyəvi məhsul ixrac edib ki, bu da 2023-cü ilin dekabr ayı ilə müqayisədə 1,4 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin son 12 ayı ərzində (dekabr 2023-dekabr 2024) Türkiyə 30 milyard 785 milyon 242 min dollar məbləğində kimyəvi məhsul ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti