Bakı. Trend:
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yanvarın 3-dən etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə gecə səfərlərinə start verib.
Balakən istiqamətinə qatarların fəaliyyətə başlaması Bakı-Astara qatarının da nə vaxt bərpa edilməsi barədə sualları gündəmə gətirib.
Mövzu ilə bağlı "Azərbaycan Dəmir Yolları" (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi Bəxtiyar Hacıyev Trend-ə bildirib ki, Bakı-Astara istiqamətində hazırda yük daşımaları həyata keçirilir.
"Hazırda həmin ərazidə dəmiryol infrastrukturu sərnişindaşımanın təşkilinə imkan vermir. Sərnişindaşımanın təşkili üçün həmin istiqamətdə dəmiryol infrastrukturu yenidən qurulmalıdır.
Bakı-Astara dəmiryolunun ilk növbədə layihələndirilməsi, ardınca mərhələli şəkildə təmiri nəzərdə tutulur", - deyə o qeyd edib.