...

"Petkim"in 2024-cü il üzrə istehsal həcmi məlum olub

İqtisadiyyat Materials 6 Yanvar 2025 11:36 (UTC +04:00)
"Petkim"in 2024-cü il üzrə istehsal həcmi məlum olub
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

İstanbul. Trend:

"Petkim"in ötən il istehsal həcmi 2 milyon tona çatıb.

Trend xəbər verir ki, bunu SOCAR Türkiyə Baş icraçı direktoru Elçin İbadov SOCAR Türkiyə və qrup şirkətlərinə dair hesabat xarakterli mətbuat konfransında deyib.

E.İbadov bildirib ki, Türkiyənin daxili məhsul ehtiyacının 11 faizini "Petkim" qarşılayır.

"Petkim Liman"ının Modernizasiya layihəsi vasitəsilə Türkiyəyə 70 milyon dollar investesiya qoyulub", - o bildirib.

Qeyd edək ki, Türkiyənin ən böyük xarici investoru olan SOCAR, Türkiyəyə 17 il ərzində ümumilikdə 18,5 milyard ABŞ dolları sərmayə qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti