...

ABŞ Suriyaya yardımla bağlı məhdudiyyətləri yumşaltmağa hazırlaşır

Dünya xəbərləri Materials 6 Yanvar 2025 14:58 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

Amerika Birləşmiş Ştatları hökuməti Suriyaya qarşı sərt sanskiyalar rejimini qüvvədə saxlasa da, humanitar yardım və digər zəruri xidmətlərin (o cümlədən elektrik təchizatı kimi məsələlərdə) göstərilməsi ilə bağlı öncə qoyduğu məhdudiyyətləri yumşaltmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə "Reuters" Bayden administrasiyasından olan mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, bu qərarda məqsəd müharibədən ağır zərbə almış Suriyada həyat şəraitini yaxşılaşdırmaqdır.

Xatırladaq ki, Suriyanın müxalifət qüvvələri dekabrın 8-də Dəməşqə daxil olub və prezident Bəşər Əsəd ölkədən qaçıb. Xilas hökumətinə rəhbərlik edən Məhəmməd əl-Bəşir dekabrın 10-da Suriya keçid kabinetinin rəhbəri təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti