...

Berlində Yeni il gecəsi iğtişaşlarla bağlı araşdırmalar davam edir

Dünya xəbərləri Materials 7 Yanvar 2025 07:35 (UTC +04:00)
Berlində Yeni il gecəsi iğtişaşlarla bağlı araşdırmalar davam edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni il gecəsi Berlində törədilən iğtişaşların iştirakçılarının müəyyən edilməsi və hüquqi məsuliyyətə cəlb olunması məqsədilə araşdırmalar davam etdirilir.

Trend xəbər verir ki, həmin gecə 1453 cinayət hadisəsi qeydə alınıb, 670 nəfər şübhəli şəxs kimi müəyyən edilib. Bu şəxslərdən 264-nün Almaniya vətəndaşlığı yoxdur. Almaniya vətəndaşları olan 406 nəfərin hansı mənşəyə aid olduğu isə açıqlanmayıb. Şübhəlilər arasında türk, suriyalı, əfqan və digər millətlərdən olan şəxslər var.

Hadisələr zamanı 241 xəsarət faktı qeydə alınıb, 363 nəfər pirotexniki vasitələrdən yaralanıb. Polis və səhiyyə işçilərinə qarşı 58 hücum olub, bu hücumlarda şübhəli bilinən 40 nəfərin şəxsiyyəti müəyyən edilib. Atəşfəşanlıq və pirotexniki vasitələrin istifadəsi nəticəsində 5 nəfər həyatını itirib.

Almaniyanın daxili işlər naziri Nensi Fezer, belə əməllərə görə beş ilədək azadlıqdan məhrumetmə cəzasının vacib olduğunu bildirib. Həmçinin pirotexniki vasitələrin qadağan olunmasını nəzərdə tutan və iki milyondan çox insan tərəfindən imzalanmış petisiya Daxili İşlər Nazirliyinə təqdim edilib.

Hazırda polis hadisələrə dair araşdırmalarını davam etdirir.

Xəbər lenti

Xəbər lenti