İstanbul. Trend:
STAR Neft Emalı Zavodunun istehsal həcmi 2,5 faiz artıb.
Trend xəbər verir ki, bunu SOCAR Türkiyə Baş icraçı direktoru Elçin İbadov SOCAR Türkiyə və qrup şirkətlərinə dair hesabat xarakterli mətbuat konfransında deyib.
E.İbadov bildirib ki, aparılan təmir işlərindən sonra istehsal həcmi 13 milyon tondan çox olub.
"Bu Türkiyənin ən böyük neft emalı zavodudur. Türkiyənin emal olunmuş neft məhsulları ehtiyacının 18 faizini bizim zavod qarşılayır", - o bildirib.
Qeyd edək ki, Türkiyənin ən böyük xarici investoru olan SOCAR, Türkiyəyə 17 il ərzində ümumilikdə 18,5 milyard ABŞ dolları sərmayə qoyub.