Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda 289,8 milyon manat dəyərində toxuculuq sənayesi məhsulları istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,4% azdır.
Qeyd edək ki, ümumilikdə, dövr ərzində toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 458,3 milyon manat dəyərində məhsul istehsal olunub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə geyim istehsalında 28,6%, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 7,6% artım, toxuculuq sənayesində isə 6,4% azalma müşahidə edilib.