...

Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib

Siyasət Materials 6 Yanvar 2025 19:07 (UTC +04:00)
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə başsağlığı verib
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Trend xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Qazaxıstan Respublikasının Aktau şəhəri yaxınlığında baş vermiş təyyarə qəzası barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Bu dəhşətli faciə zamanı insan tələfatına görə dərindən təəssüflənirəm.

Sizə, dost Azərbaycan xalqına və həlak olanların ailələrinə bu kədərli anlarda ölkəmizin vətəndaşları adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını diləyirəm".

Xəbər lenti

Xəbər lenti