Bakı. Trend:
Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” texnologiya və bankçılıq sahəsində yenilikləri təşviq etmək məqsədilə keçirdiyi “PASHA Bank Hackathon 2024” müsabiqəsini başa çatdırıb.
23-25 dekabr 2024-cü il tarixlərində keçirilən hakaton istedadların cəlb olunmasını, yeni biznes yanaşmalarının tətbiqini və müştəri ehtiyaclarına uyğun məhsulların yaradılmasını hədəfləyirdi. “PASHA Bank Hackathon 2024” çərçivəsində 10 finalçı komanda, Azərbaycan bank sektorundakı trendləri, bazarın mövcud imkanlarını təhlil edərək, bankçılıq sahəsindəki çağırışlara cavab verən ideyalar və həllər təqdim ediblər.
“PASHA Bank Hackathon 2024” müsabiqəsinin nəticəsi olaraq, fərqli kateqoriyalar üzrə göstəriciləri ən yüksək olan 3 komanda qalib elan edilib və ümumilikdə 16,000 AZN məbləğində pul mükafatı təqdim olunub:
1-ci yer: “Team 222” komandası – 8,000 AZN
2-ci yer: “AlfinX” komandası – 5,000 AZN
3-cü yer: “404” komandası – 3,000 AZN
“PAŞA Bank”, Azərbaycanın maliyyə sektorunda qabaqcıl texnologiyaların və innovativ biznes yanaşmalarının inkişafını dəstəkləməyə davam edəcək.