Bakı. Trend:
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumatlar əsasında rayon sakini Samir Əhmədovu saxlayıblar.
Trend xəbər verir ki, araşdırmalarla onun tanımadığı şəxslərə məxsus evlərdən televizor, telefon, 6 ədəd samovar və digər məişət əşyaları oğurlaması müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.