Bakı. Trend:
"Liverpul" və "Tottenhem"in keçmiş futbolçusu, irlandiyalı Robbi Kin məşqçi karyerasını Macarıstanda davam etdirəcək.
Trend xəbər verir ki, Kin Macarıstanın "Ferentsvaroş" klubunun baş məşqçisi təyin olunub. O, bu vəzifədə Paskal Yanseni əvəzləyib. Yeni baş məşqçi yanvarın 7-də komandanın İspaniyada başlayacaq təlim-məşq toplanışına qoşulacaq.
Hazırda "Ferentsvaroş" Macarıstan çempionatında 16 turdan sonra 34 xalla ikinci pillədə qərarlaşıb və ehtiyatda bir oyunu var. Komanda lider "Puşkaş Akademiyası"ndan cəmi bir xal geri qalır.
Qeyd edək ki, 44 yaşlı Robbi Kin 2023/2024 mövsümündə İsrailin "Makkabi" (Təl-Əviv) klubunu çalışdırıb.