Bakı. Trend:
"Milan", "Barselona"nın yarımmüdafiəçisi Dani Olmoya Kataloniya klubuna qayıtmaq şərti ilə altı aylıq müqavilə təklif edib.
Trend xəbər verir ki, bu barədə "Milan Eye" Corriere della Sera-ya istinadən məlumat yayıb.
Mənbənin məlumatına əsasən, "Milan" Olmonun köməyi ilə komandasını gücləndirməyi planlaşdırır. Bu müddətdə Olmo, La Liqada qeydiyyata alınmasına qoyulan qadağa səbəbindən oyun praktikası əldə edə biləcək.
Xatırladaq ki, yanvarın 4-də İspaniya Kral Futbol Federasiyası (RFEF) və La Liqa arasında Monitorinq Komitəsi "Barselona"nın Dani Olmo və Pau Viktoru heyətinə daxil etmək istəyini rədd edib. La Liqanın bu qərarı, maliyyə feyr-pley qaydalarının pozulması ilə əsaslandırılıb.
Reqlamentə görə, klublar yeni oyunçuları qeydiyyatdan keçirmək üçün maaş limiti daxilində qalmalıdırlar. "Barselona" isə Olmo və Viktoru transfer etmək istəyərkən bu limiti aşmışdı.