Bakı. Trend:
Cənubi Koreyanın Korrupsiya əleyhinə İstintaq idarəsi qiyamın təşkilində ittiham olunan ölkə prezidenti Yun Sok Yolun həbsi orderinin icrasını yerli polisə həvalə edib.
Trend xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Məlumata görə, bundan əvvəl idarənin göndərdiyi müstəntiq qrupu maneələrlə üzləşərək prezidenti həbs edə bilməmişdi.
Qeyd edilir ki, Cənubi Koreyalı liderin həbsinə dair order dekabrın 31-də verilib, lakin müddət yanvarın 6-da bitsə də bu vaxta qədər icra olunmayıb.
Ölkənin ali istintaq orqanının bundan əvvəl verilmiş orderin müddətinin uzadılması üçün vəsatət qaldıracağı vurğulanır.