Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bəyan edib ki, bir çox kanadalılar öz ölkələrinin ABŞ-ın 51-ci ştatına çevrilməsinin tərəfdarıdır.
Trend xəbər verir ki, bu barədə Tramp Truth Social platformasındakı səhifəsində paylaşım edib.
"Kanadada bir çox insan 51-ci ştat olmaq istəyir. ABŞ daha böyük ticarət kəsirlərinə və Kanadanın yaşaması üçün lazım olan subsidiyalara dözə bilmir. Castin Trüdo bunu başa düşdü və istefa verdi," – Tramp bildirib.
Onun sözlərinə görə, ABŞ-la birləşmək Kanadaya təkcə iqtisadi sabitlik gətirməyəcək, həm də onu “Rusiya və Çin gəmilərindən” gələn xarici təhlükələrdən qoruyacaq.