Bakı. Trend:
Braziliya prezidenti Luiz İnasio Lula da Silva, 2026-cı il prezident seçkilərində yenidən seçki kampaniyasına başlamaq üçün hazırlıqlara başlayacaq.
Trend xəbər verir ki, bu barədə yerli "O Globo" qəzeti, Braziliya liderinin köməkçilərinə istinadən məlumat yayıb.
Köməkçilərinin fikrincə, prezident Lula da Silva qarşıdan gələn seçkilər üçün onun dəstəyini artıracaq məsələləri müzakirə etməyi planlaşdırır. Həmçinin, bir neçə köməkçi dövlət başçısına, əhali ilə birbaşa əlaqə saxlamaq məqsədilə ölkənin regionlarına səfərlərinin sayını artırmağı tövsiyə edib.
Qeyd edək ki, Lula da Silva son zamanlar beyin qanamasından sonra iki əməliyyat keçirib və müvəqqəti olaraq uzun uçuşlar və xaricə səfərlərdən çəkinməsi tövsiyə edilib.