Bakı.Trend
KXDR Yapon dənizi istiqamətində raket buraxılışı həyata keçirib.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata əsasən, buraxılan raketin ballistik raket olduğu ehtimal edilir. Raket Yaponiya dənizinə ölkənin müstəsna iqtisadi zonasından kənarda suya düşüb. Hər hansı zərər barədə məlumat yoxdur.
Yaponiya baş-nazirin administrasiyasında Pxenyandan buraxılmış raketlə bağlı informasiyanın toplanması və təhlili üzrə böhran qərargahı işə başlayıb.