Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2024-cü ilin dekabr ayı ərzində 634,5 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Bu barədə Trend-ə ARDNF-dən bildirilib.
Məlumata görə, bu, son ötən ayla müqayisədə 59,9 milyon ABŞ dolları və ya 10,4% artım deməkdir.
Qeyd edək ki, noyabrdakı hərraclarda ARDNF tərəfindən 574,6 milyon ABŞ dolları valyuta satılmışdı.