Bakı. Trend:
Enerji keçidində lider və dəniz suyunun duzsuzlaşdırılması üzrə dünyanın ən böyük özəl şirkəti olan ACWA Power hal-hazırda tikilməkdə olan Khizi-Abşeron 240 meqavat külək elektrik stansiyası yaxınlığında səkkiz ərazidə günəş panelləri quraşdırıb.
Trend xəbər verir ki, bu təşəbbüs, Sitalçay və Çaylı kəndlərinə yaxın ərazilərdə çobanlar və fermerlərin həyatını yaxşılaşdırmağı hədəfləyir. Bu uzaq ərazilər əsas enerji şəbəkəsindən ayrılıb və quraşdırılmış günəş panelləri qeyd olunan ərazilərdə etibarlı və davamlı elektrik enerjisini təmin edir.
Qeyd edək ki, günəş panelləri günəş işığını birbaşa elektrikə çevirir və bu enerji lazım olduqda istifadə üçün batareyalarda saxlanıla bilər, beləliklə daha sabit və etibarlı bir enerji təchizatı təmin olunur. Fotovoltaik sistemlər şəbəkəyə qoşulmamış ərazilərdə əsas enerji xidmətləri təmin etmək üçün davamlı bir alternativ təklif edir.