...

Prezident İlham Əliyev: İrandakı səfirliyimizə qarşı terror aktı təşkil olunmuş terror aktı idi

Siyasət Materials 7 Yanvar 2025 22:26 (UTC +04:00)
Prezident İlham Əliyev: İrandakı səfirliyimizə qarşı terror aktı təşkil olunmuş terror aktı idi
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

...Daha sonra səfirliyimizə qarşı terror aktı törədildi və bu, təşkil olunmuş terror aktı idi. Bunu deməyə əsas verən bir çox amillər var idi.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində deyib.

“Birincisi, təxminən 40 dəqiqə ərzində bir dənə də polis maşını oraya yaxınlaşmamışdı. Halbuki bu, paytaxtın mərkəzində idi. Terroru törədən şəxs sonra dərhal, ertəsi gün psixi xəstə elan edildi. Halbuki istənilən tibbi ekspertiza bir neçə gün davam edir. Həmin bu şəxs elə terroru törətdiyi gün mətbuata çıxıb və müsahibə verir. O hadisədən iki il keçir. Bu günə qədər o insan ona verilən hökmə məruz qalmayıb. Bütün bunlar göstərir ki, bu, təşkil olunmuşdu”, - deyə dövlətimizin başçısı diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti