Bakı. Trend:
ABŞ-nin Florida ştatında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə tədbir keçirilib.
Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Florida Azərbaycan icmasının təşkilatçılığı ilə keçirilən tədbirdə soydaşlarımızla yanaşı Sanni Ayls Biç (Sunny İsles Beach) şəhər meriyasının nümayəndəsi Cenifer Viskara və Türkiyənin konsulu Rəsul Şahinol ailə üzvləri ilə birgə iştirak ediblər.
Tədbirdə çıxış edənlər hər iki bayram münasibətilə Azərbaycan xalqına təbriklərini, sülh və əmin-amanlıq arzularını çatdırıblar.
Mayamidə yaşayan və fəaliyyət göstərən azərbaycanlı musiqiçilər Xan Bəyli və Nərgiz Denton öz maraqlı ifaları ilə tədbirə əlavə rəng qatıblar.