Bakı.Trend
Qırğızıstan, Tacikistan və Özbəkistan hökumət başçıları ümumi sərhəd xəttinin müəyyənləşdirilməsini müzakirə etmək üçün üç dövlət sərhədinin qovuşduğu nöqtədə görüş keçirəcəklər.
Trend-in məlumatına görə, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin Mətbuat Xidməti açıqlama yayıb.
Bildirilib ki, görüşün gedişində Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri arasında dövlət sərhədləri ilə bağlı öncə əldə olunmuş razılaşmalar üzrə danışıqlar aparılacaq.
Qeyd edək ki, Qırğızıstan Çin, Qazaxıstan, Tacikistan və Özbəkistanla sərhədləri bölüşür. Çin və Qazaxıstan arasında mübahisəli ərazilərlə bağlı bütün məsələlər bir neçə il əvvəl həllini tapıb. Özbəkistan və Tacikistan tərəfləri isə yalnız 2023 və 2024-cü illərdə müvafiq razılaşmaları imzalayıblar.