...

Beyləqanda narkotik və spirtli içki sərxoşluğu altında avtomobil idarə edən şəxs həbs edilib

Cəmiyyət Materials 7 Yanvar 2025 13:06 (UTC +04:00)
Beyləqanda narkotik və spirtli içki sərxoşluğu altında avtomobil idarə edən şəxs həbs edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Beyləqan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində "VAZ" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Elzamin Məmmədova “saxla” işarəsi verilib.

Araşdırma zamanı onun narkotik vasitə və spirtli içkinin təsiri altında, eyni zamanda sürücülük hüququ olmadan avtomobili idarə etdiyi aşkarlanıb.

E.Məmmədov barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Onun sürücülük hüququ 8 ay müddətinə məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti