...

Prezident İlham Əliyev: Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir

Siyasət Materials 7 Yanvar 2025 22:03 (UTC +04:00)
Prezident İlham Əliyev: Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.

"Dünən Fransa Prezidenti Azərbaycana qarşı yenə də cəfəng ittihamlar irəli sürmüşdü. Görünür ki, cənab Makron Azərbaycansız yaşaya bilmir. Onda hansısa belə bir maniya yaranıb və bütün günahlarını bizim üstümüzə atmaq istəyir. Mən hesab edirəm, əgər biz o qədər güclənmişik ki, Fransanın daxili işlərinə qarışa bilərik və nəyisə dəyişə bilərik, biz, sadəcə olaraq, bununla fəxr edə bilərik. Əslində, bu açıqlama öz acizliyinin etirafıdır. Özlərini böyük dövlət adlandıran bir prezident, sən demə, uzaqda - Qafqaz bölgəsində yerləşən, 10 milyon əhalisi olan ölkənin əməllərindən əziyyət çəkir. Halbuki bizim bu Fransanın daxili işləri ilə bağlı heç bir işimiz yoxdur. Sadəcə olaraq, qeyri-normal yanaşma, qeyri-adekvat siyasət buna gətirib çıxarıb", - deyə dövlətimizin başçısı vurğulayıb.

Xəbər lenti

Xəbər lenti