Bakı. Trend:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, o, artıq Panama kanalı ilə bağlı məsələni Panama hakimiyyəti ilə müzakirə edir.
Trend-in məlumatına görə, bu barədə D.Tramp Mar-a-Laqodakı (Florida ştatı) iqamətgahında jurnalistlərə deyib.
"Hazırda onlarla [Panama hakimiyyəti] Panama kanalını müzakirə edirik", - deyə o bildirib.
Onun sözlərinə görə, Panama hakimiyyəti Panama kanalı ilə bağlı “müqavilənin hər bir bəndini” pozub və eyni zamanda Vaşinqtondan su yolunu təmir etmək üçün vəsait almaq istəyir.