Astana. Trend:
Aktau yaxınlığında “Azərbaycan Hava Yolları” şirkətinə məxsus təyyarə qəzası ilə bağlı istintaq üzrə komissiyanın üzvləri, yaxın günlərdə təyyarənin “qara qutularının” deşifrə olunmuş materialları ilə Astanaya gələcək.
Trend xəbər verir ki, bunu Qazaxıstan nəqliyyat nazirliyi bəyan edib.
“Yaxın günlərdə təyyarə qəzası üzrə istintaqı aparan komissiya üzvlərinin uçuş registratorlarının (qara qutuların) deşifrə olunmuş materialları ilə birgə Astanaya gələcək. Ekspertlər gələn kimi qeyd olunan uçuş registratorlarının deşifrə olunmuş məlumatlarının təhlilinə başlayacaq”, - deyə nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, bundan əvvəl Braziliya HHQ-nin Aviasiya Hadisələrinin İstintaqı və Analizi Mərkəzi AZAL-a məxsus uçuş reqistratorlarındakı qeydlərin deşifrə olunması prosesinin yekunlaşdığını xəbər vermişdi.
Xatırladaq ki, 2024-cü il dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer 190" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə vaxtı təyyarənin göyərtəsində 67 nəfər olub (62 sərnişin və 5 ekipaj üzvü)